"Qarabağ"ın hücumçusunun zədəsi ciddi deyil
Futbol
- 29 fevral, 2024
- 13:38
Həkimlərin müayinəsindən sonra futbolçunun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib.
Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan "Qəbələ" ilə səfər matçında zədələnən Olavio Juninyonun durumu barədə danışarkən deyib.
"Sabah komandanın istirahət günüdür. O, "Neftçi" ilə oyuna qədər həkim nəzarətində olacaq. Həmin görüşdə iştirak edib-etməyəcəyi bir gün əvvəl məşq prosesində bilinəcək", - A.Hacıyev vurğulayıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib. Juninyo ilk hissənin sonlarına yaxın zədələndiyi üçün əvəzlənib.
"Köhlən atlar" XXV turda "Neftçi"nin qonağı olacaq. Martın 3-dəki matç saat 19:00-da başlayacaq.
Son xəbərlər
10:36
Naxçıvanda 7 ayda 39 dövlət əmlakı özəlləşdirilib
Biznes10:34
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 45 %-ə yaxın artıb
Biznes10:28
Permdə neft emalı zavodu dron hücumuna məruz qalıb, yanğın başlayıb
Digər ölkələr10:19
Yelena Şabovta: "Azərbaycanın voleybol millisi hazırda yaxşı təsir bağışlayır"
Komanda10:15
Bakıdakı 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur10:13
Ruanda səfiri: Təzminatlar haqqında müzakirələr çox vaxt qütbləşir
Xarici siyasət10:08
Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək
Xarici siyasət10:07
Konqonun Ombudsmanı: Müstəmləkə arxivlərinə tam çıxışın təmin edilməsini istəyirik
Digər ölkələr09:58