“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ölkə kubokunu qazanıb

Futbol
  • 27 yanvar, 2024
  • 23:48
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ölkə kubokunu qazanıb

“Braqa” və “Eştoril” komandaları arasında Portuqaliya Liqa Kubokunun final matçı keçirilib.

“Report” xəbər verir ki, oyun Leyria şəhərindəki “Maqalayş Pessoa” stadionunda baş tutub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Braqa” penaltilər seriyasında qalib gəlib (5:4) və kuboku qazanıb.

“Braqa” tarixində üçüncü dəfə (2013, 2020, 2023) Liqa Kubokunu qazanıb və daha iki dəfə (2017, 2021) finalda məğlub olub. “Eştoril” ilk dəfə bu turnirin finalında çıxış edib.

Xatırladaq ki, fevralın 15-də “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Braqa” ilə qarşılaşacaq. Bundan bir həftə sonra isə Bakıda cavab qarşılaşması keçiriləcək. Cütün qalibi turnirin 1/8 finalına vəsiqə qazanacaq.