Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.
E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəm daşıyır. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xal qabaqlayır.
Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.
Qeyd edək ki, Lüksemburqdakı oyunun 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “
UEFA Avropa Liqası
Qrup mərhələsi, VI tur
21:55. “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver
Yan xətt hakimləri: Silver Koiv və Sten Klaasen
Dördüncü hakim: Juri Frişer (Estoniya)
Hakim-inspektor: Nikolay İvanov (Rusiya)
UEFA nümayəndəsi: Sergey Lisnik
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu