"Qarabağ" böyük hesablı qələbə ilə mərhələ adladı

"Qarabağ" böyük hesablı qələbə ilə mərhələ adladı "Qarabağ" bu gün avrokuboklarda 2020/2021 mövsümünə start verib.
Futbol
2058
18 Avqust , 2020 21:50
Qarabağ böyük hesablı qələbə ilə mərhələ adladı

"Qarabağ" futbol komandası bu gün avrokuboklarda 2020/2021 mövsümünə start verib.

"Report"un məlumatına görə, UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. İlk hissənin əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Donald Gerye künc zərbəsi zamanı cərimə meydançasındakı qarışıqlıqdan məharətlə istifadə edərək topu tora göndərib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub. 80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.

Orphus sistemi