Qara Qarayev: "Portuqaliya ilə oynamaq asan iş deyil"

Qara Qarayev: "Portuqaliya ilə oynamaq asan iş deyil" "Bizim işimiz həqiqətən çox çətin olacaq"
Futbol
6 Mart , 2021 15:47
Qara Qarayev: Portuqaliya ilə oynamaq asan iş deyil

"Bizi çox çətin oyunlar gözləyir. Həmin matçların asan keçəcəyini düşünə bilmərik".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Qara Qarayev Portuqaliya və Serbiyaya qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunları barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi yığmada bəzi mövqelərdə futbolçu qıtlığının olduğunu bildirib: "Bəzən elə mövqelər olur ki, oraya futbolçu tapa bilmirik. İşimiz çətindir. Oynayacağımız komandalar da güclüdür. Portuqaliya Avropa çempionudur, Serbiya isə son vaxtlar ən yaxşı oyun sərgiləyən kollektivlərdən biridir. Hər iki görüşdə əlimizdən gələni edəcəyik. 5 komandalı qrupa düşməyimiz bir az sıxıntı yaradır. Hər halda daha çox xal qazanmaq üçün əlimizdən gələni etməliyik. İşimizin çətinliyini hər kəs bilir. Portuqaliya və Serbiya ilə oynamaq heç də asan iş deyil".

Qarayev millidəki hər oyunun gənc futbolçular üçün şans olduğunu sözlərinə əlavə edib: "Qrupda yaxşı oyun sərgiləməklə diqqət mərkəzinə düşə bilərik. Gənc futbolçuların hamısı dərk edir ki, seçmə oyunlardan sonra diqqət mərkəzinə düşə və hansısa çempionatlara gedə bilərlər. Bizim işimiz həqiqətən çox çətin olacaq. İndidən hansısa xal və ya xallar yığacağımızı demək tez olar. İlk oynayacağımız komandalar qrupumuzun favoritləridir".

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Portuqaliya ilə İtaliya "Yuventus"una məxsus stadionda qarşılaşcaq. Canni De Byazinin baş məşqçilik etdiyi komanda martın 30-da Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi