“Qalatasaray” hücumçusunu İspaniya klubuna satıb
Futbol
- 02 fevral, 2024
- 05:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.
“Report” xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.
Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.
Son xəbərlər
17:50
Foto
Fərəh Əliyeva VI "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Daxili siyasət
17:45
Foto
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
Fərdi
17:45
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
İnfrastruktur
17:35
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Digər ölkələr
17:33
Foto
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:33
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi
17:33
Almaniya 9 ayda Azərbaycandan 600 min tondan çox neft alıb
Energetika
17:24
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
17:23
"Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq
Futbol