Qadınlararası dünya çempionatı meydan sahiblərinin qələbəsi ilə başlayıb

Futbol
  • 20 iyul, 2023
  • 09:00
Qadınlararası dünya çempionatı meydan sahiblərinin qələbəsi ilə başlayıb

Yeni Zelandiyada futbol üzrə qadınlararası dünya çempionatı start götürüb.

"Report"un məlumatına görə, açılış matçında meydan sahibləri Norveç yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Okeaniya təmsilçisinin minimalhesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 48-ci dəqiqədə Hannah Vilkinson vurub.

Qeyd edək ki, mundial avqustun 20-də başa çatacaq.