Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək

Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Futbol
5 Mart , 2024 09:26
Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək.

Azərbaycan millisi B liqasında mübarizə aparacaq. Yığmamız püşkatma zamanı 4-cü - sonuncu səbətdə yer alacaq.

B liqasının səbətləri:

1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels

2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan

3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə

4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi