Hazırda Rusiya "Lokomotiv"inə rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.
"Report"un məlumatına görə, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.
72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir.
Qeyd edək ki, Aleksandr Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.