PSJ Portuqaliya millisinin hücumçusunu icarəyə götürüb
Futbol
- 07 avqust, 2023
- 19:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Portuqaliya millisi və "Benfika"nın hücumçusu Qonsalu Ramuşu icarəyə götürüb. 22 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
İddiaya görə, PSJ gələn ilin yayında gənc oyunçunu 80 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Qonsalu Ramuş indiyədək "Benfika"nın heyətində 105 oyuna 41 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən mövsüm Lissabon təmsilçisinin heyətində Portuqaliya çempionu olub.
Hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında 4 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.
Son xəbərlər
05:51
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
Digər ölkələr
05:08
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirildiyini deyib
Digər ölkələr
04:53
Tramp İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə etdiyini bildirib
Digər ölkələr
04:51
Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər
Digər ölkələr
04:14
Koşta: 24 Aİ ölkəsi 2027-ci il üçün Ukraynaya əlavə kreditin ayrılmasını dəstəkləyib
Digər ölkələr
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət
03:11
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
Digər ölkələr
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr