PSJ Mbappenin het-triki sayəsində çempionatda “Monpelye”ni darmadağın edib

PSJ Mbappenin het-triki sayəsində çempionatda “Monpelye”ni darmadağın edib Fransa Birinci Liqasında 26-cı turun "Monpelye" və PSJ komandalarının qarşılaşdığı oyun başa çatıb.
Futbol
18 Mart , 2024 04:51
PSJ Mbappenin het-triki sayəsində çempionatda “Monpelye”ni darmadağın edib

PSJ klubu Fransa çempionatının 26-cı turunda səfərdə "Monpelye"ni darmadağın edib.

"Report"un məlumatına görə, oyun “Stad de la Mosson”da baş tutub.

Görüş qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 14-cü dəqiqəsində Kilian Mbappenin ötürməsindən sonra PSJ-nin yarımmüdafiəçisi Vitinya hesabı açıb. 22-ci dəqiqədə fransalı hücumçunun özü həmyerlisi Randal Kolo Muaninin ötürməsi ilə fərqlənib. Bundan 8 dəqiqə sonra hücumçu Arno Norden fərqi azaldıb, 45+2-ci dəqiqədə Teji Savanye penaltidən hesabı bərabərləşdirib.

50-ci dəqiqədə Mbappe dubla imza atıb. Üç dəqiqə sonra PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Kolo Muaninin ötürməsi ilə qonaqların hesabdakı üstünlüyünü artırıb. 63-cü dəqiqədə Mbappe het-trik edib. 86-cı dəqiqədə qarşılaşmada son nöqtəni parisli Nuno Mendeş qoyub.

PSJ hazırda 59 xalla turnir cədvəlinə başçılıq edir. "Monpelye" 26 xalla 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi