Premyer Liqa: "Zirə" "Sumqayıt"la oyunda inamlı qələbə qazanıb

Premyer Liqa: "Zirə" "Sumqayıt"la oyunda inamlı qələbə qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Futbol
25 Yanvar , 2023 18:21
Premyer Liqa: Zirə Sumqayıtla oyunda inamlı qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Zirə" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Görüş "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Vüsal İsgəndərli adını tabloya yazdırıb. Meydan sahibləri 50-ci dəqiqədə Dmitrios Çantakiasın qolu ilə tarazlığı bərpa edib. 73-cü dəqiqədə Loris Bronyo paytaxt təmsilçisini önə keçirib. 6 dəqiqə sonra isə Toni Qomes yekun hesabı müəyyənləşdirən qolu vurub.

Bu qələbə ilə xallarını 31-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub. 12 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" isə səfərdə "Turan Tovuz"a qalib gəlib - 3:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi