Premyer Liqa: "Qarabağ" "Zirə" ilə oyunda xal itirib

Premyer Liqa: "Qarabağ" "Zirə" ilə oyunda xal itirib Azərbaycan Premyer Liqasının XXXI tur oyununda üz-üzə gələcək "Qarabağ" və "Zirə"nin start heyətləri bəlli olub.
Futbol
21 Aprel , 2023 21:54
Premyer Liqa: Qarabağ Zirə ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə "qartallar" buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 42 xalı olan "Zirə" isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, XXXI turun açılış matçında "Şamaxı" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib. Turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.

18:51

Azərbaycan Premyer Liqasının XXXI tur oyununda üz-üzə gələcək "Qarabağ" və "Zirə"nin start heyətləri bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 7. Yassin Benzia, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

"Zirə": 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi