Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Futbol
- 27 yanvar, 2024
- 12:53
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
Son xəbərlər
09:44
Azərbaycan nefti ucuzlaşıb
Energetika09:39
Video
Keniyanın "TV47" telekanalı Ağdamda minatəmizləmə prosesini işıqlandırıb
Qarabağ09:35
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
Biznes09:30
Foto
Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
ASK09:29
Nyu-Yorkda WUF13-ün qlobal təşviqinə dəstək məqsədilə əlavə tədbir keçiriləcək
Xarici siyasət09:28
İstanbulda Qlobal Dizayn Forumu keçiriləcək
Region09:26
Şəkidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
Hadisə09:24
Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır
Energetika09:20