Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib
Futbol
- 15 dekabr, 2022
- 12:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qolu 73-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub. Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran paytaxt təmsilçisi üçüncü pillədə qərarlaşıb. Tovuz klubu 16 xalla 6-cı sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0, "Sumqayıt" "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2.
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib
Son xəbərlər
07:42
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Digər ölkələr
07:13
Foto
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Hadisə
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr