Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun məkanı dəyişdirilib

Futbol
  • 19 fevral, 2025
  • 16:59
Premyer Liqa: Qarabağ - Kəpəz oyununun məkanı dəyişdirilib

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

"Report"un məlumatına görə, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.

44 - Tezliklə