Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib

Futbol
  • 17 may, 2018
  • 16:42
Portuqaliya klubu tanınmış qapıçı ilə müqaviləni yeniləyib

Bakı. 17 may. REPORT.AZ/ Portuqaliyanın "Portu" klubu qapıçısı İker Kasilyas ilə müqavilənin müddətini daha bir il uzadıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper 2019-cu ilin iyun ayına kimi Portuqaliya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İker Kasilyas 2015-ci ildən "Portu"nun şərəfini qoruyur. O, bu mövsüm komandası ilə ölkə çempionluğunu qazanıb.