Polşalı futbolçu: "Mahir Emreli hücumda "Legiya"ya çox fayda verir"
Futbol
- 19 sentyabr, 2021
- 14:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Son vaxtlar "Legiya"nın heyətində məni yaxşı mənada ən çox təəccübləndirən futbolçu Mahir Emrelidir".
"Report"un məlumatına görə, bunu Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Yanuş Qol Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Varşava təmsilçisinin heyətindəki çıxışı barədə "legia.net" saytına açıqlamasında deyib.
Hazırda Rumıniyanın "Dinamo" (Buxarest) komandasında çıxış edən 36 yaşlı yarımmüdafiəçi 24 yaşlı forvard haqqında yüksək fikirlər səsləndirib: "Emreli topla yaxşı rəftar edir və hücumda komandaya çox fayda verir. Həmçinin Lukinyas və Rafael Lopesi də unutmaq olmaz. Onlar cinahlarda yaxşı işləyirlər".
Qeyd edək ki, Yanuş Qol 2011 - 2013-cü illərdə "Legiya"nın formasını geyinib.
Son xəbərlər
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr