PFL prezidentinin müalicəsi xəstəxanada, vitse-prezidentin ev şəraitində davam etdirilir

PFL prezidentinin müalicəsi xəstəxanada, vitse-prezidentin ev şəraitində davam etdirilir Hər ikisinin tam özlərinə gəlməsi üçün zamana ehtiyac var
Futbol
16 May , 2024 15:16
PFL prezidentinin müalicəsi xəstəxanada, vitse-prezidentin ev şəraitində davam etdirilir

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun müalicəsi xəstəxana, vitse-prezident Aslan Şahgəldiyevin ev şəraitində davam etdirilir.

Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hər iki funksionerin müalicələri tibbi prosedurlara uyğun həyata keçirilir: Həkimlərin bildirdiyinə görə, hər iki şəxsin hazırkı vəziyyəti stabildir. Durumları müsbətə doğru irəliləməkdədir. Hər ikisinin tam özlərinə gəlməsi üçün zamana ehtiyac var. Aslan müəllim hər gün fizioterapiyaya gedir və həkimlərin göstərişləri əsasında müalicəsini davam etdirir".

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Son xəbərlər

Orphus sistemi