Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında yaranan problemin səbəbi müəyyənləşib.
Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev açıqlama verib.
PFL rəsmisi problemin əməkdaşlıq etdikləri şirkətdən qaynaqlandığını bildirib:
"Saytımızda yaranan problem PFL-dən qaynaqlanmır. Bizə verilən məlumata görə, saytın serverində texniki problemlər yaranıb. Saytı hazırlayan şirkət bunu aradan qaldırmağa çalışır. Əməkdaşlıq etdiyimiz tərəf bir çox layihələri həyata keçirən və ölkənin önəmli saytlarını hazırlayan, texniki işlərini icra edən köklü şirkətlərdəndir. Ən qısa zamanda problemin aradan qalxacağına, həm media nümayəndələrinə, həm də izləyicilərimizə operativ məlumatları çatdırmağa davam edəcəyəmizə ümid edirik".
Qeyd edək ki, PFL-in rəsmi saytında üç gündür problemlər müşahidə olunur.