Pedru Netu cari "transfer pəncərəsi"ndə "Çelsi"dən ayrılmayacaq

Futbol
  • 27 iyul, 2026
  • 09:55
Pedru Netu cari transfer pəncərəsində Çelsidən ayrılmayacaq

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçisi Pedru Netunu cari "transfer pəncərəsi"ndə satmağı planlaşdırmır.

"Report" "The Standard"a istinadən xəbər verir ki, London təmsilçisinə 26 yaşlı portuqaliyalı futbolçu ilə bağlı heç bir klub rəsmi müraciət etməyib.

Əvvəllər "Mançester Siti" və "Liverpul"un P.Netu ilə maraqlandığı bildirilirdi. Futbolçu Portuqaliya yığmasının heyətində DÇ-2026-da iştirak etdikdən sonra məzuniyyətdə olduğu üçün "Çelsi"nin Avstraliya və Asiyadakı mövsümöncəsi turuna qatılmayıb.

Yarımmüdafiəçi 2024-cü ilin avqustundan Premyer Liqa təmsilçisində çıxış edir və klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Pedru Netu 2025/2026 mövsümündə keçirdiyi 52 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.