Paris olimpiadası üçün Fransaya gedən əfsanəvi futbolçu qarət olunub
Futbol
- 26 iyul, 2024
- 11:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.
"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 500 min avro dəyərində portfeli oğurlanıb.
O, iyulun 25-də sözügedən şəhərdə taksiyə minib. Naməlum şəxs sürücünün yanına qaçaraq onun diqqətini yayındırıb. Bu zaman digər cinayətkar Zikonun portfelini götürüb və qaçıb.
Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.
Son xəbərlər
12:27
SOCAR-ın idarəsi 9 ayda qeyri-neft ixracından 251 milyon dollar gəlir əldə edib
Energetika
12:27
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Maliyyə
12:26
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında çıxış edib
Xarici siyasət
12:22
Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 50 %-ə yaxın artıb
Maliyyə
12:21
Foto
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Mozambik yığmasına qalib gəlib
Futbol
12:20
AMB sədri: "Fiziki şəxslərin manatla əmanətləri son iki il yarımda 89 % artıb"
Maliyyə
12:20
Qırğızıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına ev sahibliyi edəcək
Maliyyə
12:16
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Xarici siyasət
12:16
Azərbaycanda token ödənişləri gələn ildən ani ödənişlər sistemi ilə aparılacaq
Maliyyə