Ötənlərin məşhur futbolçusu üçün tacqoyma keçirilib

Futbol
  • 19 dekabr, 2017
  • 08:49
Ötənlərin məşhur futbolçusu üçün tacqoyma keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun əfsanəvi futbolçusu Tyerri Anrinin başına Nigeriyada tac qoyulub. "Report"un məlumatına görə, bu, sponsorluq tədbiri zamanı baş verib.

Tədbir zamanı Anriyə tərcümədə kral mənası verən "Igwe" adı verilib. Kral paltarı geyinən keçmiş hücumçu futbol kralı adlandırılıb. 

Qeyd edək ki, hazırda Tyerri Anri Belçika yığmasında köməkçi məşqçi, "Sky Sports" telekanalında isə ekspert kimi çalışır.

44 filmi