Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Futbol
  • 05 yanvar, 2023
  • 06:03
Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.

"Report" IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, Argentinanın "Rosario Sentral" klubunda çıxış edən Qaspar Servio 4 qola imza atıb.

31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.

IFFHS-ın versiyasına əsasən, Belçika millisinin və İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua 125 xalla ilin ən yaxşısı adına layiq görülüb.