"Omoniya"nın baş məşqçisi: "Zirə" ilə matçda diqqətli olmalıyıq
Futbol
- 21 avqust, 2024
- 12:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Matç boyu diqqətli olmalıyıq.
"Report" xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan təmsilçisinin keyfiyyətli komanda olduğunu bildirib:
"Müsbət nəticə əldə edəcəyimizə inanıram. Azarkeşlərimiz kimi, biz də bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Ümid edirik ki, onları sevindirəcəyik. "Zirə"nin müxtəlif güclü tərəfləri var. Müdafiədə kifayət qədər yaxşı təsir bağışlayırlar".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.
Son xəbərlər
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr
17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilib
Komanda
17:02
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Sağlamlıq
16:58
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib
Futbol
16:55
Video
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Media
16:45
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır
Digər ölkələr
16:29
Foto
Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib
Fərdi