"Nyukasl"ın hücumçusu Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb

"Nyukasl"ın hücumçusu Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb İngiltərənin "Nyukasl” klubunun hücumçusu Alexander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.
Futbol
15 Dekabr , 2024 12:24
Nyukaslın hücumçusu Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb

İngiltərənin "Nyukasl” klubunun hücumçusu Aleksander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.

“Report”un “Squawka”ya istinadən məlumatına görə, isveçli futbolçu bunu İngiltərə Premyer Liqasının XVI turunda "Lester”ə qarşı matçda (4:0) qol vurmaqla və məhsuldar ötürmə etməklə reallaşdırıb.

A.İsak bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında “Nyukasl”ın tarixində 20 qol vuran üçüncü oyunçu olub. E.Koul bu göstəriciyə 1994-cü, A.Şirer isə 1999 və 2002-ci illərdə nail olub.

Qeyd edək ki, “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olan 25 yaşlı ön xətt oyunçusu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi