Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib

Futbol
  • 25 aprel, 2024
  • 20:46
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib

“Liverpul”un baş məşqçi postuna əsas namizədlərdən olan Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.

“Report” futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis ESPN-yə deyib.

“Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”, – o bildirib.

Xatırladaq ki, ilin əvvəlində “Liverpul”un indiki baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti