Niderland millisinin sabiq futbolçusu həbs edilib
Futbol
- 12 iyun, 2025
- 21:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib. O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.
Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.
Qeyd edək ki, Kvinsi Promes 2018/2019 mövsümündə "Sevilya"da (İspaniya) çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın (Niderland) formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.
Son xəbərlər
19:13
Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib
Region
19:12
"Level Leasing" səhmdarlarına dividend ödəyəcək
Maliyyə
19:07
PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir
Futbol
19:05
Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub
Daxili siyasət
19:02
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
18:47
Nigeriyada silahlı hücumlar nəticəsində 60-dan çox insan ölüb
Digər ölkələr
18:43
Aleksandar Vuçiç ölüm təhdidləri aldığını açıqlayıb
Digər ölkələr
18:28
Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır
Digər ölkələr
18:26
Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
Digər ölkələr