Neymar zədələnməsini şərh edib: "Güclü qıcolma hiss etdim"
Futbol
- 05 noyabr, 2024
- 02:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mən qıcolma hiss etdim, amma çox güclü idi.
“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar AFC Çempionlar Liqasında "İstiqlal"la matçda (3:0) zədələnməsindən bəhs edərkən bildirib.
“Analizlər verəcəyəm və ümid edirəm ki, qorxulu heç nə yoxdur. Bir ildən sonra bu normaldır. Həkimlər artıq məni xəbərdar ediblər. Buna görə diqqətli olmalı və daha çox oynamalıyam", - Neymar deyib.
Qeyd edək ki, hücumçu 57-ci dəqiqədə meydana çıxıb və 86-cı dəqiqədə əllərini budunun arxasından tutaraq meydanı tərk edib.
Neymar üçün "İstiqlal"la oyun uzun fasilədən sonra ikinci olub. Braziliyalı ağır zədə səbəbindən bir ildən çox yaşıl meydanlardan uzaq qalıb.
Son xəbərlər
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr