Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqlayıb
Futbol
- 19 fevral, 2026
- 09:40
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transfer olunduğu ABŞ-nin "Kolambus Kryu" klubu yeni mövsüm üçün əsas komandanın məşqçilər heyətini elan edib.
"Report" xəbər verir ki, baş məşqçi Henrik Ridströmun rəhbərlik edəcəyi texniki heyətdə assistentlər Teodor Olsson, Loran Kurtua və Coş Vilyams yer alıblar.
Komandanın qapıçılar üzrə məşqçisi funksiyasını Fil Berger yerinə yetirəcək. Video və məlumat analizi şöbəsinə Mark ONil rəhbərlik edəcək, Mak Pakhay isə əsas komandanın analitiki vəzifəsində çalışacaq.
Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Son xəbərlər
05:18
Efiopiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 107 nəfər ölüb
Digər ölkələr05:00
Türkiyədə güclü zəlzələ olub
Region04:53
Welt: Bir neçə böyük Almaniya şirkəti İranda fəaliyyətini davam etdirir
Region04:39
İtaliya strateji neft ehtiyatlarından təxminən 10 milyon barel istifadə edəcək
Energetika04:18
ABŞ Rusiyaya bir ay müddətinə tankerlərdən neft satmağa icazə verib
Digər ölkələr04:12
İraqda dron hücumu nəticəsində altı fransız hərbçisi yaralanıb
Digər ölkələr03:43
İran ordusu İsrail və ABŞ-yə qarşı 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə edib
Region03:34
Əraqçi: İranın nüvə silahından imtina təklifi rədd edilib
Region03:00