"Neftçi"nin yeni transferi Keysuke Honda Bakıya gəldi

"Neftçi"nin yeni transferi Keysuke Honda Bakıya gəldi 35 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb
Futbol
13 Mart , 2021 09:00
Neftçinin yeni transferi Keysuke Honda Bakıya gəldi
Honda

"Neftçi" klubunun heyətinə qatdığı yaponiyalı ulduz futbolçu Keysuke Honda Bakıya gəlib.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb.

Paytaxt təmsilçisinin tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalayacağı gözlənilir. Razılaşmaya əsasən, Honda mövsümün sonuna kimi "Neftçi"nin formasını geyinəcək. "Ağ-qaralar" onun sözləşməsinin müddətini yayda artıra bilər.

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi