“Neftçi”nin legionerinin cəza müddəti açıqlanıb
Futbol
- 31 oktyabr, 2023
- 08:54
“Neftçi”nin futbolçusu Yuri Matiasın cəza müddəti açıqlanıb.
“Report” xəbər verir ki, Premyer Liqanın XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.
28 yaşlı legioner həm də klubunun 500 manat cərimələnməsinə səbəb olub.
Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.
Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
13:33
"Barselona" və "Real Madrid" Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar
Futbol13:28
İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
Region13:25
Foto
Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib
Xarici siyasət13:18
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
Hadisə13:11
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə13:00
Üç il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyata başlayıb
Daxili siyasət12:57
Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb
Hadisə12:44
Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır
Daxili siyasət12:43