"Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"

"Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik" "İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb".
Futbol
27 İyul , 2021 20:37
Neftçinin legioneri: Olimpiakosu yaxşı analiz etmişik
Sabir Buqrin

"İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Belçikalı yarımmüdafiəıçi bildirib ki, ilk matçda məğlubiyyətə layiq deyildilər: "Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq. Bizi maraqlı oyun gözləyir".

25 yaşlı oyunçu "Olimpiakos"u yaxşı analiz etdiklərini söyləyib: "İlk oyunda "Olimpiakos"un zəif çıxışının səbəbi biz ola bilərik. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar".

Buqrin ilk matçdan sonra ayağında ağrı olduğunu vurğulayıb: "Hazırda özümü yaxşı hiss edirəm. Matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam".

Yarımmüdafiəçi meydanda öz oyunlarını göstərəcəklərini deyib: "İlk oyunda hücumda daha effektiv olsaydıq, uduzmazdıq. Sabah yalnız öz oyunumuz barədə düşünəcəyik".

Buqrin Sezar Meza Kollinin gəlişinin oyununa mənfi təsir etmədiyini bildirib: "Meza Kollinin gəlişindən sonra özümü meydanda daha rahat hiss edirəm. Bir-birimizi yaxşı başa düşürük. Sadəcə, ötən mövsümün sonundakı formamda olmadığım üçün oyunum tam alınmır".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi