"Neftçi"nin kapitanı: "Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik"

"Neftçi"nin kapitanı: "Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik" "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.
Futbol
19 Avqust , 2021 14:58
Neftçinin kapitanı: Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik
Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

- Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
- Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.

- Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
- Çatışmazlıqlar çoxdur. Əvvəla daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.

- Necə düşünürsünüz, İsrailin “Makkabi” (Hayfa) klubunu keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksinizmi?
- “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.

- 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdınız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiniz?
- Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.

- Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiniz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusunuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısınız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiniz?
- Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.

Son xəbərlər

Orphus sistemi