"Neftçi"nin "Beşiktaş"la oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirilib

"Neftçi"nin "Beşiktaş"la oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirilib "Neftçi" Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun saatının dəyişdirilməsinə aydınlıq gətirib.
Futbol
17 Avqust , 2023 10:51
Neftçinin Beşiktaşla oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirilib

"Neftçi" Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirib.

Bu barədə "Report"a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib.

O, görüşün başlama saatının dəyişdirilmədiyini bildirib: "Beşiktaş" tərəfi də bizə dedi ki, sistemdə 21:00 (Bakı vaxtı ilə 22:00) göstərmişik. UEFA-nın səhvinin olduğunu deyiblər. Avropa futbol qurumunun rəsmi saytında 20:00 (Bakı vaxtı ilə 21:00) göstərildiyi üçün hamı belə bilib. Dünən bizim yanımızda zəng etməyə çalışırdılar ki, UEFA səhvini düzəltsin".

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi