"Neftçi"nin baş məşqçisi: "Oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər"

"Neftçi"nin baş məşqçisi: "Oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər" İlk hissədə komandadan narazı qaldım. Ümumiyyətlə oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər.
Futbol
26 Yanvar , 2025 18:25
Neftçinin baş məşqçisi: Oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər

İlk hissədə komandadan narazı qaldım. Ümumiyyətlə, oyunçular verilən tapşırıqları yerinə yetirə bilmədilər.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis hücum qurmaqda problemlərinin olduğunu bildirib:

"Bunlar əvvəldən də var idi. Bizim üçün sönük oyun alındı. Futbolçular istədiyimizi və verilən tapşırıqları yerinə yetirə bilmədilər. İkinci yarıda bunları dəyişməyə çalışdıq. Alındı, qol epizodlarımız da oldu. Amma fərqlənə bilmədik".

Abasov təcrübəli oyunçuların bəzi səhvlər etdiyini söyləyib:

"Çətinliklərimiz var. Bunların öhdəsindən hələlik gələ bilmirik, həll etməkdə çətinlik çəkirik. Ümid edirəm ki, danışıq apardığımız oyunçuları gətirə biləcəyik. Bəlkə nələrisə dəyişək. Artıq gücümüzü tam olaraq ölkə kubokuna verəcəyik. Amma bu o demək deyil ki, çempionat matçına məğlubiyyət üçün çıxacağıq".

Son xəbərlər

Orphus sistemi