"Neftçi"nin baş məşqçisi: "İlk hissənin sonunda "Karvan-Yevlax"a penalti "hədiyyə" etdik"

Futbol
  • 20 dekabr, 2025
  • 17:20
Neftçinin baş məşqçisi: İlk hissənin sonunda Karvan-Yevlaxa penalti hədiyyə etdik

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub "Karvan-Yevlax"la oyunun ilk hissəsinin sonundakı penalti epizodunun rəqib üçün "hədiyyə" olduğunu düşünür.

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis bunu "Karvan-Yevlax"a qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Bu oyunu iki fərqli hissəyə bölərdim. İlk hissədə futbolçular gözlədiyim intensivliyi göstərmədilər. Əslində, "Karvan-Yevlax" qapımız qarşısında elə bir ciddi epziod yaratmamışdı, sadəcə, biz ilk hissənin sonunda onlara penalti hədiyyə etdik. İkinci hissə isə tamamilə fərqli keçdi. Fasilədə futboçulara bildirdim ki, sürət və intensivliyi artırmasaq, bizdə heç nə alınmayacaq. İkinci hissənin ilk dəqiqələrindən gördük ki, rəqib komanda oyunda vaxt aparmağa çalışır. Bunu anladıq və irəli atıldıq ki, hesabı öz xeyrimizə dəyişək. Nəticədə iki qol vurub 2:1 hesabı ilə qalib gəldik. Daha çox fərqlənməli idik, çünki bir neçə 100 faizlik qol imkanımız oldu, sadəcə, onları dəyərləndirmək lazım idi".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" oyunu Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti