"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur" "Pis oynadığımızı düşünmürəm. Epizodları məntiqli sonluğa çatdıra bilmirdik. Rəqib bizi əks-hücumda tutmağa çalışırdı. Bir şansları oldu və ondan da yararlandılar".
Futbol
8 Dekabr , 2022 20:15
Neftçinin baş məşqçisi: Futbolda mümkünsüz heç nə yoxdur

"Pis oynadığımızı düşünmürəm. Epizodları məntiqli sonluğa çatdıra bilmirdik. Rəqib bizi əks-hücumda tutmağa çalışırdı. Bir şansları oldu və ondan da yararlandılar".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis növbəti görüşə hazırlaşacaqlarını bildirib: "Cavab matçında iki top fərqi ilə qalib gəlməliyik. Futbolda mümkünsüz heç nə yoxdur".

Rumıniyalı baş məşqçi yerli oyunçularla bağlı problemlərinin olduğunu söyləyib: "Eddi İsrafilov zədələndi, Azər Salahlı isə tempi eyni səviyyədə qoruya bilmir. Sonradan qarşılaşmaya qoşulanların pis oynadığını düşünmürəm. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq".

Regekamf "Qarabağ"a 0:4 hesablı məğlubiyyətin komandaya təsir etməməli olduğunu sözlərinə əlavə edib: "Kifayət qədər keyfiyyətli futbolçularımız var. İnanıram ki, hər şey gələcəkdə daha yaxşı olacaq".

Mütəxəssis növbəti oyunlara köklənməli olduqlarını diqqətə çatdırıb: "Futbolçularımıza inanmalıyıq. Premyer Liqa matçlarında da qalib gəlməliyik. Komandamız ölkə kubokunda da mərhələ keçməlidir".

Son xəbərlər

Orphus sistemi