"Neftçi"nin baş məşqçisi: "Etiraz edən futbolçunu cəzalandırmayacağıq"

"Neftçi"nin baş məşqçisi: "Etiraz edən futbolçunu cəzalandırmayacağıq" "Komanda istədiyi səviyyədə çıxış etmədi. Çox zəif oynadıq. Rəqib bizdən daha istəkli idi. Bizim heç belə matçımız olmamışdı, analiz edib səhvləri aradan qaldıracağıq".
Futbol
629
11 Sentyabr , 2020 21:33
Neftçinin baş məşqçisi: Etiraz edən futbolçunu cəzalandırmayacağıq
Füzuli Məmmədov

"Komanda istədiyi səviyyədə çıxış etmədi. Çox zəif oynadıq. Rəqib bizdən daha istəkli idi. Bizim heç belə matçımız olmamışdı, analiz edib səhvləri aradan qaldıracağıq".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın II turunda "Sumqayıt"a uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, Anton Krivotsyuk çox səhvlər edib: "Onun psixoloji problemi olduğunu düşünmürəm. Sadəcə səhvlər edirik, futbolçular daha çox qaçmalıdır, yalnız keyfiyyətə görə qələbə qazanmaq olmur".

F.Məmmədov məğlubiyyətin xoş olmadığını vurğulayıb: "Bütün tapşırıqlar qələbə üçün verilmişdi, səhvlər edəndə rəqiblər istifadə edir. Avropa Liqasında "Qalatasaray"la matça qələbə üçün çıxacağıq". 

Baş məşqçi "Qalatasaray"la matçın Bakı Olimpiya Stadionuna salınmasının səbəblərindən biri kimi "Bakcell Arena"nın ot örtüyünün yetəri qədər yaxşı olmamasını göstərib. 

Mütəxəssis əvəzləndiyinə görə ona etiraz edən seneqallı müdafiəçi Mamadu Mbocun səhvlərini başa düşdüyü deyib: "Onunla matçdan sonra danışdıq. Futbolçunu da başa düşürəm, səhvini anladı. Cəzalandırmayacağıq, onun əzələsində problem var idi. Hazır olduğunu dedi və mən də meydana buraxdım. Epizodlara çatdırmışdı, əvəzlədik ki, hazır olan digər müdafiəçi Stankoviç oynasın".

Baş məşqçi Mirabdulla Abbasovun bu gün pis təsir bağışlamadığını sözlərinə əlavə edib: "Elə epizodlar oldu ki, kəsərli hücuma çıxdı. Bir epizodda isə yaxşı zərbə endirə bilmədi. Onun əzmkarlığı məni sevindirdi. Belə davam etsə, əsas heyət oyunçusu ola bilər". 

Məmmədov "Qalatasaray"a da uduzsanız klubda qalacaqsınız" sualına belə cavab verib: "Bu, ilk məğlubiyyətdir, səhvlərin üzərində işləyəcəyik. Rəhbərliyin verəcəyi hər qərara hazıram".

Son xəbərlər

Orphus sistemi