UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.
"Ağ-qaralar" Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün məğlubu - “Legiya” (Polşa) / “Flora” (Estoniya) cütünün məğlubu
"Mura” (Sloveniya) -/ “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu - "Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün məğlubu
"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün məğlubu - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün məğlubu
“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün məğlubu - "Malmö" (İsveç) / HİK (Helsinki, Finlandiya) cütünün məğlubu
Liqa yolu
"Yablonents" (Çexiya) - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün məğlubu
"Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün məğlubu - "Anortosis" (Kipr)
PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün - "Sent-Conston" (Şotlandiya)
Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.