"Neftçi" Honda ilə müqavilə imzaladı - RƏSMİ

"Neftçi" Honda ilə müqavilə imzaladı - RƏSMİ Hondaya 4 nömrəli forma təqdim olunub
Futbol
15 Mart , 2021 17:03
Neftçi Honda ilə müqavilə imzaladı - RƏSMİ

"Neftçi" klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.

"Report" xəbər verir ki, müqaviləyə klub prezidenti Kamran Quliyevlə 35 yaşlı yaponiyalı yarımmüdafiəçinin özü imza atıb.

Hondaya 4 nömrəli forma təqdim olunub.

Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzaladıqlarını və qismət olarsa, müddəti daha da uzadacaqlarını bildirib. O, Hondaya yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına inam ifadə edib: "Sizə xoş gəlmisiniz" deyirəm. Ayağınız düşərli olsun".

Qeyd edək ki, Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “VVV-Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.

Ulduz futbolçunun son olaraq Portuqaliya "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi