"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib
Futbol
- 09 avqust, 2023
- 19:07
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
Afrikalı forvardla 1 illik müqavilə bağlanıb. Təcrübəli oyunçu paytaxt təmsilçisində 25 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Aaron Olanare 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.
29 yaşlı mərkəz hücumçusu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.
Son xəbərlər
15:09
Video
Naxçıvanda "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib
Hərbi15:08
Foto
İçərişəhərdə simulyasiyalı təxliyə təlimi keçirilib
Hadisə15:08
Elçin Əmirbəyov Cenevrədə Azərbaycanın mina problem barədə məlumat verib
Digər15:05
Foto
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
Daxili siyasət15:02
Foto
Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edib
Daxili siyasət14:58
Azərbaycan İspaniyadan şirin kartof tədarük etməyə başlayıb
Biznes14:58
Foto
Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Xarici siyasət14:51
Horovlu sakini: Övladlarımız bu torpaqları yenidən canlandıracaq
Daxili siyasət14:49