Naxçıvan şəhər stadionuna növbəti dəfə baxış keçirilib

Naxçıvan şəhər stadionuna növbəti dəfə baxış keçirilib Naxçıvan şəhər stadionununa növbəti dəfə baxış keçirilib.
Futbol
22 Oktyabr , 2024 13:47
Naxçıvan şəhər stadionuna növbəti dəfə baxış keçirilib

Naxçıvan şəhər stadionuna növbəti dəfə baxış keçirilib.

Bu barədə "Report"a "Araz-Naxçıvan" klubunun akademiyasının koordinatoru Sakit Rzayev məlumat verib.

Muxtar respublikada infrastruktura da baxan funksioner idman obyektində təmirin başlamadığını bildirib:

"Hələlik işlər başlamayıb. Sadəcə, yenidən baxış keçirildi. Görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı, müzakirələr oldu. Nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur. Naxçıvan Futbol Federasiyası tərəfindən yenidən baxış keçirilməsi ilə bağlı tapşırıq verilmişdi. Vaxt gedir, havalar soyuyur. Bir ildən çoxdur ki, stadiona yalnız nəzarət olunur. Stadionun təmiri Naxçıvan Futbol Federasiyası və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin gündəmindədir. Nə vaxt başlasa, ictimaiyyətə məlumat veriləcək".

S.Rzayev naxçıvanlı azarkeşlərin "Araz-Naxçıvan"ı doğma meydanda görmək istədiklərini söyləyib:

"Bunu hamı gözləyir".

Qeyd edək ki, 2023/2024 mövsümündən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanan "Araz-Naxçıvan" klubu ev oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirir.

Son xəbərlər

Orphus sistemi