"Monako"nun futbolçusu Paris Brunner qol sevincinə görə iki oyunluq cəzalandırılıb
Futbol
- 24 sentyabr, 2026
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Monako"nun futbolçusu Paris Brunner Fransa çempionatında qol sevincini qeyri-etik şəkildə qeyd etdiyinə görə iki oyunluq diskvalifikasiya edilib.
"Report" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
20 yaşlı hücumçu Liqa 1-in IV turunda "Strasburq"la 1:1 hesablı heç-heçə etdikləri oyunda komandasının qolundan sonra rəqib azarkeşlərə boğaz kəsmə jesti göstərib.
Brunner əsas cəza ilə yanaşı, daha iki oyunluq şərti diskvalifikasiya da alıb. O, "Tuluza" və "Loryan"la qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, "Monako" 5 turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir. Brunner cari mövsüm Fransa çempionatında 4 qol vurub.
Son xəbərlər
11:41
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Sənaye
11:40
Ötən gün axtarışda olan 129 nəfər tutulub
Daxili siyasət
11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:30
Məlahət İbrahimqızı: Azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır
Daxili siyasət
11:27
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
Digər ölkələr
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə