Misir millisinin futbolçusu 31 yaşında vəfat edib

Misir millisinin futbolçusu 31 yaşında vəfat edib Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.
Futbol
6 İyul , 2024 13:10
Misir millisinin futbolçusu 31 yaşında vəfat edib

Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Martın 11-də Misir çempionatında "Əl-İttihad"la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan futbolçunun ürəyi bir saat döyünməyib. Bir aydan sonra evə buraxılan Misir millisinin üzvü müalicəsini davam etdirib.

Hücumçunun ölüm səbəbi ilə bağlı konkret məlumat verilməsə də, vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Vahda", Misirin “Əl-İttihad”, “Zəmələk”, "Əl-Məsri" və başqa klublarında çıxış edib. O, Misir millisinin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi