Millimizin baş məşqçisi: "Birinci yer uğrunda mübarizə aparacağıq"

Millimizin baş məşqçisi: "Birinci yer uğrunda mübarizə aparacağıq" “Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik".
Futbol
529
2 Sentyabr , 2020 16:33
Millimizin baş məşqçisi: Birinci yer uğrunda mübarizə aparacağıq
Joze Alesio Da Silva

“Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik".

"Report" xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına Avropa çempionatının püşkü barədə danışarkən deyib. 

Braziliyalı mütəxəssis heç bir rəqibin zəif olmadığını bildirib. O, Slovakiya və Moldovadan əlavə, Türkiyə - Yunanıstan cütünün qalibinin də komandaya rəqib olacağını xatırladıb: "Dostum 4 ildir ki, Yunanıstan milli komandasında işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda qarşılaşdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, matçın sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zaman az səhv edirlər. Həmin rəqiblə elit-raund qarşılaşmasında da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son bir ildə iki dəfə rəqib olduğumuzdan bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq".

Da Silva qrupdan və rəqiblərdən razı olduğunu söyləyib. İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdir. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.

Son xəbərlər

Orphus sistemi