Millimizin baş məşqçisi və 3 futbolçusu Bakıya qayıtmayacaq
Futbol
- 18 noyabr, 2020
- 06:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyəcək.
"Report"un məlumatına görə, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalacaq. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.
Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.
Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.
Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı.
Son xəbərlər
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region