İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə ilin döyüşkən legioneri seçilib.
"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və sorğuda birinci olub.
51 KİV-in qatıldığı səsvermədə 20 jurnalist Mesut Özilə səs verib. Onlardan 6-sı Ramil Quliyevi, 6-sı isə Arda Turanı seçib. Ansi Aqolli, Maykl Essyen, İbrahim Şehiç, Donald Gerye hərəyə 4 səs toplayıbsa, Ronaldinyo 3 səs yığa bilib.
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.