“İnter Mayami” klubunun aparıcı futbolçuları Lionel Messi və Jordi Alba ABŞ Açıq Kubokunun finalını buraxa bilərlər.
“Report”un məlumatına görə, buna səbəb adı çəkilən oyunçuların MLS-in bu gün keçirilən matçında zədələnmələridir.
Florida ştatının təmsilçisinin “Toronto”nu 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 34-cü dəqiqəsində ispaniyalı müdafiəçi, 37-ci dəqiqəsində isə argentinalı hücumçu zədə səbəbindən əvəzləniblər.
Baş məşqçi Xerardo Martino onların MLS-in növbəti turunda “Orlando Siti” ilə səfər görüşündə iştirak etməyəcəklərini açıqlayıb. O, Messi və Albanın “Hyuston”la final matçında çıxış edib-etməyəcəklərinin isə bəlli olmadığını bildirib.
Qeyd edək ki, “İnter Mayami” ilə “Hyuston” arasında ABŞ Açıq Kubokunun final görüşü sentyabrın 28-də keçiriləcək.