Məhəmməd Salah Premyer Liqada qolların sayına görə "Arsenal"ın sabiq hücumçusunu keçib

Məhəmməd Salah Premyer Liqada qolların sayına görə "Arsenal"ın sabiq hücumçusunu keçib İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada vurduğu qolların sayına görə "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrini keçib.
Futbol
27 Yanvar , 2025 12:44
Məhəmməd Salah Premyer Liqada qolların sayına görə Arsenalın sabiq hücumçusunu keçib
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada vurduğu qolların sayına görə "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrini keçib.

"Report" "Opta Sport"a istinadən xəbər verir ki, futbolçu bunu İngiltərə çempionatının XXIII turunda "Liverpul"un "İpsviç"lə (4:1) matçında reallaşdırıb.

32 yaşlı misirli ön xətt oyunçusu qarşılaşmanın 35-ci dəqiqəsində qol müəllifi olub. Bu, futbolçunun Premyer Liqada 176-cı qolu olub. M.Salah bununla da "Arsenal"ın sabiq üzvü T.Anrini (175) geridə qoymağı bacarıb və ən çox qol vuranların siyahısında yeddinci pilləyə yüksəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən çox qol vuran futbolçuların siyahısına "Nyukasl" klubunun sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda "Bavariya"nın formasını geyinən Harri Keyn (213) ikincidir. İlk "üçlüy"ü "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi (208) qapayır.

Son xəbərlər

Orphus sistemi